“Qarabağ” rəsmisi Ali Koçu belə təbrik etdi - Fotolar

7 10-06-2024, 14:15 İdman

“Qarabağ” rəsmisi Ali Koçu belə təbrik etdi - Fotolar


“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov ikinci dəfı “Fənərbaxça” prezidenti seçilən Ali Koçu təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı klub rəsmisi öz instaqram hesabında paylaşım edib.

A.Əsgərov paylaşıma bu şərhi yazıb: “Əsl seçimlər bir gün haqqını alır və ən yaxşılar mütləq qazanır. “Fənərbaxça”ya Ali Koç, Ali Koç da “Fənər”ə yaraşır. “Fənərbaxça” ailəsini, dostlarımı, azarkeşlərini doğru qərar vermələri münasibəti ilə təbrik edirəm!”.

Xatırladaq ki, dünən keçirilən seçkidə A.Koç rəqibi olan Əziz Yıldırıma qalib gələrək prezident seçilib.

Qeyd edək ki, A.Əsgərov və Ali Koç Avropa Klublar Assosiasiyasının İdarə Heyətində təmsil olunurlar.



XƏBƏR LENTİ