Cavad Rəcəbovun"Bismillah"klipi bütün Şərq dünyasında trend oldu-Video

11 30-05-2024, 17:19 Gündəm

Cavad Rəcəbovun"Bismillah"klipi bütün Şərq dünyasında trend oldu-Video

Onun səsi qədər şirin , öz tembrinə görə təsirli və məlahətlisir. Müğənninin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və musiqini yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti, texnikası musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.

Bu sözlər Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində böyük xidmətləri olan gözəl sənətkar Cavad Rəcəbov haqqındadır.Şərq musiqisini qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Şərq musiqisinin prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Cavad Rəcəbovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək şərq və Azərbaycan musiqisinin həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.Unudulmamaq! Bilmirəm, başqaları bunu necə qiymətləndirirlər, mənim düşüncəmə görə xoşbəxtliyin bir rəngi də elə budur. Ən dəhşətli məqam unudulmaqdır. Dünyada etibardan, vəfadan da gözəl dəyər yoxdur ki, əzizlərinə, doğmalarına, millətinin fədakar, ləyaqətli övladlarına sədaqətli olasan, onları anasan, tanıdasan. Belə bir müdrik fikir var "unutma ki, unudulmayasan”. Hərdən qürur duyuram ki, əlimə qələm aldığım gündən mənim yazılarımın əsas istiqaməti məhz belə şəxsiyyətləri xatırlamaq olub. Cavad Rəcəbov xalq tərəfindən unudımayıb,amma nədənsə bu cür sənətkar Mədəniyyət nazirliyi tərəfindən unudulub.Ömrünün 50 ildən çoxunu Azərbaycan mədəniyyətinə həsr edən bir sənətkar dövlət tərəfindən hələdə layiq olduğu qiymətini almayıb.

Son günlər müğənninin "Bismillah"adlı klipinə rast gəldim.Nə qədər gözəl ifadır.Musiqi və mahnı ilə maraqlandım.Sən demə bu mahnı hələ 1 il öncə Hindistan və bütün şərq aləmində yarm milyona yaxın baxış yığıbSən demə Hindistan və Yaxın Şərqdə ifaları məşhur olan Samir Salamın repertuarından olan bu mahnı Cavad Cavidin yeni oranjımanında olan bu mahnı Cavad Rəcəbovun ifasında daha çox bəyənilib.Hətta mahnını müəllifi belə bunu özü təsdiq edib.İnşallah bu mahnı Cavad müəllimə düşərli olar,çünki hər kəlməsi yaradanına adına bağlı bu mahnı bütün müsəlman dünyasında sevilir.Həmin klipi sizə təqdim edirik:


Şəfəq Ağacan

Привет. Подписывайся на телеграм канал знакомств и выбирай себе девушку по вкусу, переходи по ссылке: https://t.me/Lovzeo Или пиши в поиске телеграма: @Lovzeo

XƏBƏR LENTİ