“Neftçi” və “Sabah”a AFFA-dan ağır cəzalar

34 30-05-2024, 13:20 Gündəm / İdman

“Neftçi” və “Sabah”a AFFA-dan ağır cəzalar

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 36-cı-sonuncu turun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Neftçi” və “Sabah” arasında keçirilən mərkəzi matçla bağlı da cəzalar və cərimələr açıqlanıb.

Azərbaycan Premyer Liqasında 36-cı turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi” 3000 manat cərimə edilib.

"Neftçi” – “Sabah” oyununun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Neftçi” 4000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” 800 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” 1000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyunundan əvvəl meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

"Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

Mayın 25-də Azərbaycan Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 3 nömrəli futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanı futbolçusu Abdulax Xaybulaev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda qonaq komandanın 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Sabah” 3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda qonaq komandnın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

XƏBƏR LENTİ