QHT-lər əlil vətəndaşlarımızla görüş keçirdi

36 6-05-2024, 11:30 Gündəm

QHT-lər əlil vətəndaşlarımızla görüş keçirdi

Nərimanov Rayon İcra Hakimiyyəti, Modern İnkişaf və Ailə İB, DAYAQ Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşəbbüsü və dəstəyi ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi Olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bir qrup əlil vətəndaşlarımızla görüş keçirilib.
Görüş zamanı Əlilliyi Olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova, YAP veteranlar şurasının üzvü, Modern İnkişaf və Ailə İB sədri, Nərimanov İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü Zərifə Quliyeva, Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradava, “DAYAQ” təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü Qalib Əliyev, “Dayaq” təşkilatının sədr müavini Məcid Məmmədov, Boccia İdman Federasiyasının Vitse Prezidenti İlham Məhərrəmov və qazilər iştirak edərək çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası ilə bağlı məsələlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima diqqət mərkəzindədir. Mərasimdə əlilliyi olan şəxslərə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən işlərdə vətəndaş cəmiyyətilə birgə ideya və təşəbbüslərin əhəmiyyətindən danışılıb.
Natiqlər qeyd ediblər ki, əlilliyi olan şəxslərlə bağlı bütün məsələlərdə birlik və həmrəylik olduqca vacibdir.
Daha sonra çıxış edənlər bildiriblər ki, Prezident cənab İlham Əliyevin ictimai siyasət kursunu əsas götürərək Dövlət QHT münasibətləri fonunda Əlilliyi olan vətəndaşlarımıza ictimai, sosial, mənəvi dəstəklə bağlı tədbir və layihələr gələcəkdə davam etdiriləcək.
Tədbirin sonunda Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan əlil arabaları Boccia İdman Federasiyasına təhvil verilib.







XƏBƏR LENTİ