“Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.

62 29-12-2023, 19:17 Gündəm / Sosial / Bölgə

“Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
[quote][/quote]

“Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi ilə İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibətilə "Zəfər dolu yeni il" adlı təgşdb keçirilib.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dostluq və həmrəyliyi təmsil edən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri Rüfət Muradov, İltizam Quliyev, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, Birliyin idarə heyəti, fiziki məhdudiyyətli əlilliyi olan şəxslər iştirak ediblər.
Çıxış edən natiqlər milli birliyi və dostluğu təcəssüm etdirən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını, eyni zamanda tədbir iştirakçılarını təbrik edib, onlara can sağlığı, xoşbəxt gələcək arzulayıblar.
Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, bu gün dünyada 50 milyondan çox Azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, Azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etdi.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş xalqımızın xoşbəxtlik, səadət və inkişaf yolu bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gedən böyük və sürətli inkişaf xalqımızın maddi, mənəvi hətyatındakı yüksəliş, dünya dövlətləri içərisində qüdrətli Azərbaycan kimi tanınması, beynəlxalq aləmdə öz yerini möhkəmlətməsi Azərbaycanın son illərdə qazandığı böyük uğurlar məhz Cənab Prezidentimizin adı ilə bağlıdır. Bu gün Azərbaycan regionun güc və söz sahibidir.
Hazırda Azərbaycan xalqı, Azərbaycan dövləti tarixinin ən gözəl, ən əlamətdar günlərini yaşayır.
Bizdə vətəndaş cəmiyyəti institu olaraq, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət dəstəkləyir, mütəmadi şəkildə qayğıya ehtiyacı olan şəxsləri diqqət mərkəzində saxlayır, onlara mənəvi və maddi dəstək göstəririk. Bu gün İmişli rayonunda yaşayan, cəmiyyətin bir parçası olan fiziki məhdudiyyətli əlilliyi olan şəxslərin yanında olmağı özümüzə borc bildik.
Onların üzündəki sevinc qaranlıqda pərq vuran ulduz kimidir.
Tədbirdə iştirakçılarını sevindirmək üçün İmişli Rayon Mədəniyyət Evinin nümayəndələri biri-birindən gözəl, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Şaxta baba və klonlar gəlişi alqışlarla qarşılanıb.
Tədbirin sonunda Birlik sədri tərəfindən təşkil olunmuş hədiyyələr tədbir iştirakçılarına təqdim olunub, xatirə şəkilləri çəkilib. Daha sonra birliyin sədri Yasəmən Qəyyumlu YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev tərəfindən aktiv fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Qeyd edək ki, Yasəmən Qəyyumlu 23 ildir YAP Partiyasının fəal üzvüdür.
Hədiyyələrin təşkilində göstərdiyi dəstəyə görə “Bebaki Kids” mağazasının rəhbəri Vüqar bəyə, “Tyufi” mağazasının rəhbəri İlqar bəyə və “Əli” oyuncaq aləmi mağazasının rəhbəri Rahim bəyə təşkilatımız adından xüsusi təşəkkürümüzü bildiririk.

Fərid Səfərov
Birliyin mətbuat katibi



























































XƏBƏR LENTİ